AZ

Səudiyyə Ərəbistanının XİN başçısı Avropa ölkələrinə çağırış edib

"Avropalı tərəfdaşlarımız iki dövlətli həll variantının həyata keçirilməsi ilə bağlı müzakirələrlə məşğuldur, lakin biz danışıqlardan konkret addımlara keçməliyik və bunu müharibə edən tərəflərin öhdəsinə buraxmaq olmaz. Biz, beynəlxalq ictimaiyyət və xüsusən də ən böyük gücə malik olan ölkələr, eləcə də BMT Təhlükəsizlik Şurası müdaxilə etməlidir”.

“İki sahil” xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Farhan Al Səud Dünya İqtisadi Forumunun xüsusi sessiyasında bildirib.

Nazirin sözlərinə görə, beynəlxalq ictimaiyyətdə Səudiyyə Ərəbistanının tərəfdaşlarının əksəriyyəti Fələstin-İsrail münaqişəsinin iki dövlət prinsipi əsasında həllinin tərəfdarıdır: "Bu, iki, üç və ya dörd ildən sonra eyni vəziyyətə qayıtmamağımızı təmin edəcək yeganə ağlabatan və davamlı həll yoludur".

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla