AZ

Daşınmaz əmlak kreditlərini ən çox hansı banklar verir? – Tam siyahı


Bu ilin ilk rübünün yekununa olan məlumata görə Azərbaycanda fəaliyyət göstərən 23 bank arasında ən çox daşınmaz əmlak krediti verən bank dövlət bankı olan “Beynəlxalq Bank” ASC (ABB) olub.
Yeniavaz.com 
xəbər verir ki, 1 aprel 2024-cü il tarixinə ABB tərəfindən verilən daşınmaz əmlak kreditlərinin həcmi 1 milyard 214,2 milyon manat olub.
ABB tərəfindən verilən daşınmaz əmlak kreditlərinin həcmi bu ilin ilk rübü ərzində 3,4% artıb.
İkinci sırada 583,9 milyon manat ilə “Kapital Bank” ASC yer alıb. “Kapital Bank”-ın daşınmaz əmlak kreditləri son 3 ayda 2,7% artıb.
Ən az daşınmaz əmlak krediti ayıran bank “Bank Melli İran Bakı fililalı” olub. Bu bankın daşınmaz əmlak kreditlərinin həcmi cəmi 0,1 milyon manat olub.
Son 3 ayda daşınmaz əmlak kreditlərinin həcmini ən çox artıran bank isə “Xalq Bank” ASC olub. Bu bankın daşınmaz əmlak kreditləri bu ilin ilk 3 ayında 31%  artaraq 377,8 milyon manata yüksəlib.
Daşınmaz əmlak kreditləri ən çox azalan bank isə “Naxçıvanbank” ASC olub. “Naxçıvanbank”ın daşınmaz əmlak kreditləri bu ilin ilk rübündə 1,2% azalıb və 26,3 milyon manata düşüb.
Aşağıdakı cədvəldə bankların daşınmaz əmlak kreditlərinin həcmi və artım dinamikası göstərilib:

Elnur Əli
Seçilən
38
1
Mənbələr
Şərh ()
Bağla