AZ

“Arsenal” və “Mançester Siti” 3 xal qazanıb

İngiltərə Premyer Liqası 35-cu turu 3 oyunla yekunlaşıb.

İdman.biz xəbər verir ki, çempionluq uğrunda yarışan komandalar səfərdə qalib gəliblər.

Şimali London derbisində “Arsenal” “Tottenhem”ə qalib gəlib. 5 qolun vurulduğu oyun 3:2 hesabı ilə başa çatıb.

“Mançester Siti” isə səfərdə “Nottingem Forest”in qapısından 2 cavabsız top keçirib. Qvardiol və Holand fərqləniblər.

“Arsenal” 80, “Mançester Siti” 79 xal toplayıb. “Şəhərlilər”in ehtiyatda 1 oyunu var.

İngiltərə Premyer Liqası
35-cu tur

“Bornmut” – “Brayton” – 3:0
“Tottenhem” – “Arsenal” – 2:3
“Nottingem Forest” – “Mançester Siti” – 0:2

İdman.biz

Seçilən
16
1
Mənbələr
Şərh ()
Bağla