AZ

Dövlət Komitəsi xalq artisti Əlixan Səmədovu 60 illik yubileyi münasibətilə təbrik edib

Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycanın xalq artisti, tanınmış balaban ifaçısı Əlixan Səmədovu 60 illik yubileyi münasibətilə təbrik edib.
 
Təbrikdə deyilir:
 
“Hörmətli Əlixan müəllim, Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edir, şəxsi həyatınızda cansağlığı, peşəkar fəaliyyətinizdə uğurlar arzulayırıq.
 
Siz peşəkar fəaliyyətinizlə təkcə balaban musiqi alətini deyil, bütövlükdə Azərbaycan mədəniyyətini və musiqisini bütün dünyaya sevdirmisiniz. 1990-cı illərdən Türkiyə Cümhuriyyətində yaşayaraq iki qardaş ölkə arasında ən böyük mədəniyyət körpülərindən biri olmusunuz. Eyni zamanda Azərbaycan diaspor hərəkatının görkəmli nümayəndələrindən birisiniz. Fəaliyyətiniz Azərbaycan dövləti tərəfindən yüksək qiymətəndirilmiş, Prezident İlham Əliyevin 27 may 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüsünüz.
 
Çox sevindirici haldır ki, 60 illik yubileyiniz Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonrakı ilə təsadüf edir. Bir daha Sizi yubileyiniz münasibətilə təbrik edir, ən xoş arzularımızı çatdırırıq”.
 
Seçilən
18
Mənbələr
Şərh ()
Bağla