AZ

Ararat Mirzoyan Səudiyyə Ərəbistanından sonra Qətərə səfər edib


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qətərə rəsmi səfəri zamanı bu ölkənin baş naziri və eyni zamanda xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Al Tani ilə danışıqlar aparıb.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən xəbər verir ki, əsas diqqət ikitərəfli məsələlər və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yönəldilib.
Qarşılıqlı səfirliklərin açılmasının əlaqələrin möhkəmlənməsinə kömək edəcəyi qeyd edilib.
Mirzoyanın sözlərinə görə, Qətərlə münasibətlərin inkişafının müsbət dinamikası Ermənistanın bütün ərəb ölkələri ilə əməkdaşlığı artırmaq istəyi ilə üst-üstə düşür.
Erməni nazir bildirib ki, İrəvanın təqdim etdiyi “Dünyanın kəsişməsi” layihəsi regionda sülhün bərqərar olması və Fars körfəzini Qara dəniz limanları ilə birləşdirmək üçün yaxşı fürsətdir.
Xatırladaq ki, aprelin əvvəlində Ermənistan XİN rəhbəri ötən ilin noyabrında diplomatik əlaqələr qurulan Səudiyyə Ərəbistanına səfər etmişdi.
Seçilən
123
Mənbələr
Şərh ()
Bağla