AZ

“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL

Bəzən xaricə səyahət edəndə hava limanında müəyyən problemlərlə qarşılaşırıq. Bu da narazılığa səbəb olur.
 
Moderator.az-a açıqlama verən turizm eksperti Elçin Novruzov bildirib ki, əksər sərnişinlər öz hüquqlarını bilmir. Bəzi hallarda aviaşirkətlər yaranmış problemə görə kompensasiya ödəməlidir.
 
“Əgər uçuşda müəyyən bir gecikmə baş verərsə, bu gecikməyə görə hava yolu şirkəti sərnişinləri yemək və su ilə təmin etməlidir. Gecə, axşam saatlarına düşdükdə hava yolları şirkəti sərnişinlər üçün otel də təşkil etməlidir. Bəzi müştərilərimiz olur ki, müraciət edir ki, 4-5 saat gözlədik, ancaq hava yolları şirkəti tərəfindən bizə heç bir kompensasiya ödənilmədi. Bu hallarla tez tez rastlaşırıq. Bəzi xarici aviakompaniyalar var ki, onlarda ödəniş formasında qaytarılır. Ya məbləğin yarısını, ya da hamısını qaytarırlar.
Ekspert bildirib ki, bundan başqa çamadanın itməsi və zədələnməsi halı baş verərsə, kompensasiya edilməlidir. 
 
“Öncə sərnişinlərə müraciət edib demək istəyirəm ki, uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın. Bu zaman həm hava yollarına kömək etmiş olursunuz, həm də yaranacaq problemin qarşısını alırsınız. Çamadan itdikdə hava limanının əməkdaşına müraciət edirsiniz. Onlar sizə ərizə və blank forması verirlər, siz onları doldurub cavab gözləyirsiz. Müəyyən vaxt keçdikdən sonra baqajınız tapılır. Baqajlar zədələndikdə də eyni qayda ilə blankı doldurursuz və yeni baqajla əvəz olunursuz. Hüquqlarınızı bilin ki, səyahətiniz də gözəl keçsin. Əks halda üzləşdiyimiz problemlər planlarınızı və istirahətinizi poza bilər” deyə ekspert bildirib.
Seçilən
92
1
Mənbələr
Şərh ()
Bağla