AZ

“Napoli” və “Roma” A Seriyasının 34-cü turunda xalları bölüşdülər - VİDEO

Neapolda (İtaliya), “Diyeqo Armando Maradona” stadionunda yerli “Napoli”nin “Roma” ilə heç-heçə etdiyi (2:2) İtaliya A Seriyasının 34-cü turunun oyunu başa çatıb.

Oxu.Az xəbər verir ki, qonaqların hücumçusu Paulo Dibala matçda 59-cu dəqiqədə penaltini dəqiq yerinə yetirərək hesabı açıb.

Meydan sahibləri Matias Oliveranın səyi ilə altı dəqiqə sonra tarazlığı bərpa ediblər. Bundan sonra komandalar son 10 dəqiqədə qol mübadiləsi aparıblar. İlk olaraq Viktor Osimhen 11 metrlikdən eyni zərbə ilə neapolluları hesabda irəli çıxarıb. Əsas vaxtın bitməsinə iki dəqiqə qalmış Temmi Abraham “Roma”ya heç-heçə gətirib.

 

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla