AZ

“Bu gün uğur “Sumqayıt”ın tərəfində idi” – QurbanQurbanov

“Sumqayıt”ı təbrik edirəm. Burada çox xoş təəssüratlar oldu. Bu cür gözəl şəhərin əla stadionu, yaxşı azarkeşləri var. Bu gün Sumqayıt üçün yaxşı futbol ab-havası, əsl bayram oldu. Onları təbrik edirəm və uğurlar arzulayıram. Özümüzə gəldikdə, pis oynamadıq. 90 dəqiqə ərzində sadəcə bir neçə dəfə əks-hücumlarda rəqib bizi tutdu. Bundan da yaxşı istifafə etdilər. Oyunda topa daha çox sahib olmaq, meydanda düzgün yerləşmək bizim üçün vacib idi. Bunu bacardıq. Sadəcə bu gün uğur “Sumqayıt”ın tərəfində idi. Yaxşı qol epizodlarımız olsa da, istifadə edə bilmədik. Bu cür stadionda belə oyunların keçirilməsini çox istəyərdik. Futbolçular bu cür ab-havada, belə stadionda daha həvəsli, istəkli olurlar. Azarkeşlər üçün maraqlı oyun oldu”.

Msport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 32-ci turunun “Sumqayıt”la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

– Hər iki hissədə oyunda diqtə edən tərəf idiniz, topa daha çox sahib oldunuz. Məhsuldarlığın aşağı olması nə ilə əlaqədar idi?

– Belə oyunlar olur. Ola bilər ki, futbolçularda mövsümün sonuna yaxın məsuliyyət və konsentrasiya aşağıdır. Görünür ki, aşağıdır. Danışırıq və çalışırıq ki, belə olmasın. Bu cür qol epizodlarından istifadə edə bilmiriksə, soyuqqanlı ola bilmiriksə, deməli oyuna yaxşı hazırlaşmamışıq, fikir başqa yerdədir.

– Demək olar ki, istək keyfiyyətə üstün gəldi?

– Görünən odur. “Sumqayıt” çox istəkli görünürdü. Əslində, haqları idi. Həm futbolçular, həm də azarkeşlər çox istəkli oldular. (sportal.az)

Seçilən
54
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17903
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17450
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16661
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15120
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14045
Çingiz Mustafayevin toyudur - FOTOLAR
11928
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
11596
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
10900
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10483
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
10152
"Zaur, yenə çaşdın..." - VİDEO
8395
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7215
Minimum əmək haqqı nə qədər arta bilər?
6567
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6314
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5981
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5088
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5065
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4778
22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto
4157