AZ

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan sərhədində demarkasiya işlərinin başlanması müsbət addımdır

http://trend.azBakı. Trend

Azərbaycan ilə Ermənistan sərhədində demarkasiya işlərininbaşlanması müsbət addımdır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlhamƏliyev ABŞ dövlət katibi Antoni Blinken ilə telefon danışığı zamanıdeyib.

Dövlətimizin başçısı iki ölkənin delimitasıya komissiyasıtərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmışdialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrinnəticəsi olduğunu qeyd edib. Prezident İlham Əliyev delimitasiyaprosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiyaişlərinin başlanmasının da müsbət bir addım olduğunu vurğulayıb.Dövlətimizin başçısı sülh müqaviləsi üzrə danışıqların davametdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraqtezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərininAlmatıda görüşəcəklərini bildirib.

Seçilən
12
10
Mənbələr
Şərh ()
Bağla