AZ

Gənc futbolçu İbrahimoviçi geridə qoydu

İngiltərə Premyer Liqasının 35-ci turunun son oyununda “Şeffild Yunayted”lə (5:1) matçda dubla imza atan “Nyukasl”ın hücumçusu Aleksandr İsak bu mövsüm artıq 19 qol vuraraq Premyer Liqa tarixinin ən yaxşı isveçli bombardiri olub.

Bununla da İsak “Mançester Yunayted”in sabiq hücumçusu Zlatan İbrahimoviçin nailiyyətini geridə qoyub. Sonuncu Premyer Liqada o, bir mövsümdə maksimum 17 qol vurub.

Xatırladaq ki, 24 yaşlı futbolçu ötən yay “Real Sosyedad”dan “Nyukasl”a keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 36 matçda iştirak edib, 23 qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, İsakın bazar dəyəri 70 milyon avrodur.

Mənbə: championat.com

Seçilən
115
2
Mənbələr
Şərh ()
Bağla