AZ

Məşhur tarixçi Pyotr Toloçko vəfat edib

...Məşhur ukraynalı tarixçi və arxeoloq Petro Toloçko 86 yaşında Kiyev yaxınlığındakı xəstəxanada vəfat edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Telegram kanalında “Strana.ua” nəşriyayıb.

Nəşr qeyd edir ki, “Toloçko Qədim Rusiyanın tarixinə dair bir çox kitabın müəllifi olub.

Alim 1938-ci ildə Kiyev vilayətində anadan olub. Kiyev Universitetinin tarix və fəlsəfə fakültəsində təhsil alıb. Toloçko sağlığında 500-dən çox elmi əsər, o cümlədən 30 kitab yazmışdır.

Ukrayna İncəsənət Muzeyində və Ukrayna SSR Elmlər Akademiyasının (AS) Arxeologiya İnstitutunda işləmiş, eyni zamanda “Arxeologiya” jurnalında redaktor vəzifəsində çalışmışdır. 1993-cü ildə Ukrayna Milli Elmlər Akademiyasının vitse-prezidenti olub.

Nazlı

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla