AZ

Bakıda 45 yaşlı kişi öldürülüb: Saxlanılan var

Bakıda 45 yaşlı kişi qətlə yetirilib.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cu il təvəllüdlü Sadiq Hüseyn oğlu Əhmədovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Qeyd edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1954-cü il təvəllüdlü Natiq Hüseyin oğlu Dadaşov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Seçilən
10
29
Mənbələr
Şərh ()
Bağla