AZ

Bundesliqa: 31-ci turun son günündə 3 oyuna 3 qol - Video

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 31-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Mönhenqladbax “Borussiya”sı ilə “Union Berlin” arasında baş tutan oyunda qapılara qol vurulmayıb. “Maynts” – “Köln” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Darmştadt” isə doğma meydanda “Haydenhaym”a minimal hesabla uduzub.

Beləliklə, 31 turdan sonra 81 xal toplamış və çempionluğu təmin etmiş “Bayer” vahid liderdir. “Bayern” 69 xalla 2-ci, “Ştutqart” 64 xalla 3-cü pillədə qərarlaşıb. “Leypsiq”in 62, Dortmund “Borussiya”sının 57, “Ayntraxt”ın 45, “Frayburq”un 40, “Auqsburq” və “Hoffenhaym”ın 39, “Haydenhaym” və “Verder”in 37, “Volfsburq”un 34, Mönhenqladbax “Borussiya”sının 32, “Union Berlin” və “Boxum”un 30 xalı var.

Almaniya, Bundesliqa
31-ci tur
26 aprel

Boxum – Hoffenhaym 3:2
Qollar: Stoger, 34; 64. Passlak, 45+2 – Kramariç, 73; 84.

27 aprel

Auqsburq – Verder 0:3
Qollar: Şmid, 52. Dukş, 61. Deman, 90.

Bayern – Ayntraxt 2:1
Qollar: Keyn, 9; 61-pen – Ekitike, 23.

Frayburq – Volfsburq 1:2
Qollar: Bornau, 42-öz qapısına – Arnold, 82. Lakrua, 90.

Leypsiq – Borussiya (Dortmund) 4:1
Qollar: Openda, 23. Şeşko, 45+2. Simakan, 46. Baumqartner, 80 – Sanço, 20.

Bayer – Ştutqart 2:2
Qollar: Adli, 61. Andrix, 90+6 – Fuhrix, 47. Undav, 57.

28 aprel

Borussiya (Mönhenqladbax) – Union Berlin 0:0

Maynts – Köln 1:1
Qollar: Barreyro, 29 – Kaynts, 90+5-pen.

Darmştadt – Haydenhaym 0:1
Qol: Dovedan, 90.

Seçilən
99
Mənbələr
Şərh ()
Bağla