AZ

"Hizbullah"la İsrail arasında atışma davam edir - Ölən və yaralılar var



Hizbullah İsraili yenə raket atəşinə tutub.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu barədə qruplaşma bəyanat yayıb.

Bildirilib ki, İsrailin hücumlarına cavab olaraq sərhəd bölgəsindəki İsrail yaşayış məntəqəsinə Katyuşa raketi ilə zərbələr endiriblər: "Bu bombardman İsrailin Livanın cənubundakı kəndlərə və mülki evlərə, xüsusilə Kuzah, Merkebe və Sribbin şəhərlərinə hücumlarına cavab olaraq həyata keçirilib".

İsrail Ordusu hücum faktını təsdiqləyib: "Hücum nəticəsində ölən və yaralanan, o cümlədən ciddi dağıntılar olmayıb. Hizbullahın atəşinə cavab olaraq hədəf nöqtələri susdurulub. İlkin məlumata görə, 2 yaraqlı ölüb, 6-sı isə yaralanıb".

E.ARAZ
Reyting.az
Seçilən
179
50
Mənbələr
Şərh ()
Bağla