AZ

“Qarabağ”la “Qalatasaray” yenə qarşılaşacaq – “Cim-Bom”un azərbaycanlı rəsmisi

“Qalatasaray”ın İdarə Heyətinin azərbaycanlı üzvü Emin İmanov ölkəmizdə işgüzar səfərdədi.

"Football-plus.az" onunla əlaqə saxlayaraq, bəzi suallara cavab alıb.

- Qarşıda nə kimi layihələr var?
- "Qarabağ"la "Qalatasaray" qardaş klub elan edildi. Qarşıda futbol üzrə bəzi planlar bizi gözləyir. Lakin biz "Qalatasaray" klubu olaraq, Azərbaycanda idman məktəbi açırıq. Bildiyiniz kimi, "Qalatasaray" təkcə futbol klubu deyil. Hər bir idman növü üzrə Türkiyə üçün çox böyük idmançılar yetişdirib. Futbol, basketbol, voleybol məktəbləri ayrı idi, biz onları birləşdirdik. Hazırda tədris mərkəzlərinin nəzdində idman məktəbi yaradırıq. İlk öncə Türkiyədə başladıq, Şimali Kiprdə davam etdirdik və hazırda Azərbaycandayıq. 20 və 23 nömrəli müasir məktəblərlə danışıq aparılıb, azılıq əldə olunub. Qeydiyyat başlayıb. Həmin idmançılar gələcəkdə “Qalatasaray”la yanaşı, Azərbaycan klublarında da iştirak edə biləcəklər.

- "Qarabağ"la "Qalatasaray" arasında daha bir yoldaşlıq oyunu gözlənilirmi?
- İnşallah, yayda "Qarabağ"la yoldaşlıq matçı olacaq.

- Toral Bayramovla Elvin Cəfərquliyevin adı zaman-zaman "Qalatasaray"la yanaşı hallanır.
- Gündəmimizdə elə bir şey yoxdu. Biz də çox istərdik ki, istedadlı oyunçularınız "Qalatasaray"da oynasın. Lakin bu, Okan Burukun verəcəyi qərardı. Bizim skautlar təkcə "Qarabağ"ı yox, Azərbaycandakı başqa komandaları da izləyir. Amma hazırda elə bir futbolçu yoxdu.

GÜNAY SÜLEYMANOVA

Seçilən
75
11
Mənbələr
Şərh ()
Bağla