AZ

Səudiyyə Ərəbistanı XİN Avropanı Fələstin dövlətinin yaradılmasını dəstəkləməyə çağırıb

Bakı. Trend:

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal binFərhan Əl Səud Avropa hökumətlərini Yaxın Şərqdə gələcəkmünaqişələrin qarşısını alacaq Fələstin dövlətinin yaradılmasınınhəllinin həyata keçirilməsini dəstəkləməyə çağırıb.

Trend-in məlumatına görə, bu barədə nazir Ər-Riyadda keçirilənDünya İqtisadi Forumunun xüsusi sessiyasında deyib.

"Avropa tərəfdaşlarımız iki dövlət prinsipinə əsasən həllinhəyata keçirilməsi ilə bağlı müzakirələrlə məşğuldurlar, lakin bizdanışıqlardan konkret addımlara keçməliyik və bunu müharibə edəntərəflərin ixtiyarına buraxmaq olmaz. Biz, beynəlxalq ictimaiyyət,xüsusən də ən çox təsirə malik olan ölkələr, eləcə də [BMT]Təhlükəsizlik Şurası məsələyə müdaxilə etməliyik", - deyə o qeydedib.

Nazirin sözlərinə görə, “Səudiyyə Ərəbistanının beynəlxalqictimaiyyətdəki tərəfdaşlarının əksəriyyəti” Fələstin-İsrailmünaqişəsinin iki dövlət prinsipi əsasında həllinintərəfdarıdır.

Seçilən
79
2
Mənbələr
Şərh ()
Bağla