AZ

İran ölkə sərhədlərinin qorunması üçün 3 milyard avro ayırdı

İran ölkə sərhədlərinin qorunması üçün 3 milyard avro ayırıb. 

Musavat.com bu barədə "Təbriz Turan TV" telegram kanalına istinadən məlumat verir. 

İran prezidenti Rəisi Silahlı Qüvvələrin Baş Qərargahına 3 milyard avro ayrılması və “ölkə sərhədlərinin bağlanması” prosesinin dərhal başlaması barədə göstəriş verib. İnsan alverinin və silah qaçaqmalçılığının baş verdiyi sərhədlərə və marşrutlara, əsasən, Əfqanıstanla sərhədə üstünlük veriləcək.

Bu barədə İranın daxili işlər nazirinin müavini Əhmədi məlumat verib. O qeyd edib ki, ordu, SEPAH və Fərəc təhlükəsizlik qüvvələri də daxil olmaqla silahlı qüvvələrin bütün imkanlarından İran sərhədlərinin qorunmasında istifadə ediləcək. 

 

Musavat.com

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla