AZ

Gürcüstanın keçmiş dövlət naziri Tbilisidə keçirilən aksiyada saxlanılıb

Gürcüstanın Avropa və Avro-Atlantik strukturlara inteqrasiya üzrə keçmiş dövlət naziri Aleksey Petriaşvili Tbilisidə xarici agentlər haqqında qanun layihəsinə qarşı keçirilən aksiyada polis tərəfindən inzibati qaydada saxlanılıb.

APA xəbər verir ki, bu barədə “TASS”a Gürcüstanın Daxili İşlər Nazirliyindən məlumat verilib.

“Bəli, Petriaşvili polisə tabe olmsdığına və xırda xuliqanlığa görə inzibati qaydada həbs edilib”, - nazirlikdənm qeyd edilib.

Seçilən
79
22
Mənbələr
Şərh ()
Bağla