AZ

PSJ-nin 12-ci çempionluğu rəsmiləşdi

Fransa Liqa 1-də 31-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son gündə “Mets” evdə “Lill”ə, “Loryan” “Tuluza”ya, “Strasburq” “Nitsa”ya, “Renn” isə “Brest”ə uduzub.

Marsel “Olimpik”i “Lans”ı, “Klermon” “Reyms”i xalsız yola salıb. Lion “Olimpik”inin qonağı olan “Monako” isə turu məğlubiyyətlə başa vurub. Monakoluların yenilgisi lider PSJ-nin növbəti çempionluğunun rəsmiləşməsi ilə nəticələnib. Sona 3 tur qalmış 70 xala malik Paris təmsilçisi bütün rəqibləri üçün əlçatmaza çevrilib.

Qeyd edək ki, bu, PSJ-nin sayca 12-ci çempionluqdur.

Fransa Liqa 1
31-ci tur

26 aprel

Monpelye – Nant 1:1
Qollar: Adams, 2 – Abline, 7.

27 aprel

PSJ – Havr 3:3
Qollar: Barkola, 29. Hakimi, 78. Q.Ramos, 90+4 – Operi, 19. Ayyu, 38. Ture, 61-pen.

28 aprel

Mets – Lill 1:2
Qollar: Mikautadze, 23-pen – İsmaili, 31. Y.Yazıcı, 44.

Klermon – Reyms 4:1
Qollar: Çam, 31-pen; 56. Raşani, 79; 90 – Reyms, 33.

Loryan – Tuluza 1:2
Qollar: Ponso, 19 – Dallinqa, 59. Sissoko, 83.

Strasburq – Nitsa 1:3
Qollar: Bakva, 18 – Gessan, 44. Dante, 52.

Renn – Brest 4:5
Qollar: Kalimuendo, 4; 9. Teate, 68. Terrye, 79 – Munye, 11. Omari, 48-öz qapısına. Satriano, 54. Kamara, 66. Brassye, 90+5.

Olimpik (Lion) – Monako 3:2
Qollar: Lakazette, 22. Benrahma, 26. Fofana, 84 – Ben Yedder, 1; 60.

Olimpik (Marsel) – Lans 2:1
Qollar: Obameyanq, 1. Qeye, 85 – Said, 77.

Seçilən
41
2
Mənbələr
Şərh ()
Bağla