AZ

Meksikada avtobus qəzasında 14 nəfər ölüb, onlarla xəsarət alan var

Meksikanın Mexiko ştatında qəza nəticəsində 14 nəfər ölüb, daha 31 sərnişin xəsarət alıb.

“İki sahil” xəbər verir ki, bu barədə ştatın Təhlükəsizlik Katibliyinin məlumatında deyilir.

"Bu gün səhər saatlarında avtobus aşıb, hadisə yerinə dərhal ştat polisi göndərilib. İlkin məlumatlara görə, 14 nəfər ölüb, daha 31 sərnişin yaralanıb", - katiblik “X”də bildirib.

Qəzanın Çapulin-Çalma şosesində baş verdiyi bildirilir.

“El Universal” nəşri bildirib ki, sərnişinlər yerli məbədə gedən zəvvarlar olub.

Seçilən
110
Mənbələr
Şərh ()
Bağla