AZ

Azərbaycanda azlıqda qalan komanda 5 qol vurdu, "qırmızılar" göydə uçuşdu - VİDEO

Azərbaycan II Liqasında XXII turun görüşləri keçirilib.

"Dinamo" Binədə "Şahdağ Qusar"ı qəbul edib.

Qarşılaşma ilk dövrədə olduğu kimi, bolqollu keçib. Və yenə də Qusar təmsilçisi böyükhesablı qələbə qazanıb. Onda 9:0 udmuşdular, bu dəfə 7:1.

Darmadağının əsası 7-ci dəqiqədə qoyulub. Çempionatın bombardiri olan Tural Qürbətov hesabı açıb. Ardınca da Famil Camalov.

Bundan 1 dəqiqə sonra – 18-ci dəqiqədə qonaqlar azlıqda qalıb. Onunla üzbəüz qalan Valeh Seyidovu cərimə meydançasının yaxınlığında kobudluqla dayandıran Rafiq Kərimov birbaşa qırmızı vərəqə alıb

. Əsas qapıçının meydandan kənarlaşdırılması «Şahdağ»ı dayandırmayıb. Şimallılar qalan vaxtda daha 5 qol vurub.

Tural və Famil het-trikə imza atıb. Müdafiədə kobud səhvlər buraxan, qapısı önündə dəqiqəbaşı təhlükəli anlar yaşayan «Dinamo»da, heç şübhəsiz, İbrahim Bağırov meydanın ən yaxşısı idi.

Qapısında 7 qol görməsinə rəğmən. Gənc kiper bir neçə epizodda «Şahdağ»ın fərqlənməsinə mane olmaqla, «polislər»in ikirəqəmli məğlubiyyəti qurtardı.

«Dinamo» 85-89-cu dəqiqələr aralığında 2 qırmızı vərəqə alıb. Fərid Eyvazov və İman Müseyibov lüzum olmadığı halda, baş hakim Nicat İsmayıllını əlini cibinə atmağa məcbur edib.

Son dəqiqələri doqquz nəfərlə keçirmək məcburiyyətində qalan ev sahibləri kiçik təsəlli tapıb, Əkbər Səfərzadə fərqlənib.

Xallarını 47-yə yüksəldən "Şahdağ Qusar" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.24 xalı olan "Dinamo" isə 9-cu yerdədir.

SPORTİNFO.AZ

Binə qəsəbə stadionu. 50 tamaşaçı
Baş hakim: Nicat İsmayıllı
Baş hakimin köməkçiləri: Zöhrab Abbasov, Sənan Atayev
Dördüncü hakim: İslam Məmmədov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sarı vərəqələr: Ziya Məmmədli, 24 (oyunun bərpasının ləngidilməsi); İman Müseyibov, 67, 89 (qeyri-idman hərəkəti); Valeh Seyidov, 81 (qeyri-idman hərəkəti) // Coşqun Qorçiyev, 54 (qeyri-idman hərəkəti); Rubin Seyidov, 88 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqələr: Fərid Eyvazov, 85 (ciddi qayda pozuntusu); İman Müseyibov, 89 // Rafiq Kərimov, 19 (rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə)
Qollar: Əkbər Səfərzadə, 90 // Tural Qurbatov, 7, 53, 56; Famil Camalov, 17, 33, 58; Denis İsmixanov, 72
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - yoxdur.

Dinamo”

1. İbrahim Bağırov
8. İntiqam Məmmədov
20. Valeh Seyidov (k)
22. İman Müseyibov
24. İlkin Həsənli
(16. Aslan Səlimov, 75)
3. Amil Cabbarlı
10. Ziya Məmmədli
(15. Tərlan Veysəlli, 59)
6. Kərim Məmmədov
99. Uğur Sayıllı
(18. Əli Hacıyev, 46)
17. Fizuli Dəmirov
(19. Əkbər Səfərzadə, 75)
44. Əli Məmmədli
(7. Fərid Eyvazov, 59)
Ehtiyat oyunçular:
12. Elmin Qaçaylı
11. Şahin Əliyev
27. Rəsul Babazadə
80. Rəvan Nağıyev
55. Nihat Bayramlı
2. Nihad Mahmudzadə
Məşqçi: İsmayıl Vəkiliqazicahani

“Şahdağ Qusar”

12. Rafiq Kərimov
14. Rahid Əmirquliyev (k)
(19. Samir Şixzadayev, 73)
8. Fərman Qənbərov
88. Mehdi Rəsulov
(1. Babək Allahverdiyev, 21)
11. Tural Qurbatov
77. Elmin Əskərli
(16. Denis İsmixanov, 60)
17. Coşqun Qorçiyev
44. Afin Bağırov
9. Famil Camalov
(7. Salman Atluxanov, 60)
4. Rubin Seyidov
71. Cavid Quliyev
Ehtiyat oyunçular:
3. Əlimirzə Daşzərini
10. Fuad Məmmədzadə
20. Mehman Məsimov
21. Ruslan Ağalarov
30. Ruslan Kiçibəyov
Məşqçi: İlkin Hacıxanov

Seçilən
102
Mənbələr
Şərh ()
Bağla