AZ

İtaliya bizim ən yaxın tərəfdaşlarımızdan və dostlarımızdan biridir -ŞƏRH

Azərbaycan bir çox sahələri əhatə edən və strateji tərəfdaşlığa çevrilmiş İtaliya ilə tarixi və mükəmməl ikitərəfli əlaqələrə malikdir. İki ölkə arasında siyasi dialoqun yüksək keyfiyyəti zəngin iqtisadi və ticari əməkdaşlıq əlaqələri ilə möhkəmlənmişdir.  Xalqlarımız arasında uzunmüddətli və möhkəm dostluq münasibətlərindən bəhrələnən və müxtəlif səviyyələrdə keçirilən görüşlərlə zənginləşən səmərəli əməkdaşlıq bu gün uğurla davam etdirilir.  Respublikamızın həssas və mürəkkəb geosiyasi məkanda yerləşməsinə baxmayaraq, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən balanslaşdırılmış xarici siyasəti bu gün Azərbaycan nəinki Cənubi Qafqaz, eləcə də MDB və Avropa ölkələri ilə bərabərhüquqlu və qarşılıqlı əlaqələri genişləndirir, bu istiqamətdə dialoqu və əməkdaşlığı fəallaşdırır.

Regionda sülhün davamlılığının təmin olunmasını şərtləndirən iqtisadi platformanın formalaşdırılmasında mərkəzi rol alan Azərbaycanın transregional layihələrdə bilavasitə iştirakı onun bölgədə artan əhəmiyyətini bir daha göstərir.

Qlobal arenada böyük oyunçulardan olan İtaliya ilə Azərbaycanın əməkdaşlığı, siyasi yenidənqurma kontekstində uğurlu gələcəyə körpü olacağına zəmin yaradır. Bu nöqteyi-nəzərdən Asiya ilə Avropa arasında sinerjini təmin etmək və starteji inteqrasiya proseslərini intensivləşdirmək baxımından İtaliya Azərbaycanın Avropada ən vacib tərəfdaşıdır.Uzun illər davam edən və ümumi regionun tərəqqisinə böyük maneçilik törədən Ermənistan-Azərbaycan arasında keçmiş münaqişənin həllində İtaliya daim Azərbaycanın mövqeyini dəstəkləmiş və bunu 44 günlük İkinci Qarabağ müharibəsi zamanı da nümayiş etdirmişdi. Vətən müharibəsindən sonrakı dövrdə bölgədə davamlı sülhün və sabitliyin qorunması, habelə işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərində İtaliyanın yaxından iştirakını əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirmək olar. 

Siyasi dəst-xətdə müşahidə olunan prinsipiallıq və təşəbbüskarlığın nəticəsidir ki, beynəlxaq münasibətlər sistemində universal rol oynayan Qoşulmama Hərəkatına sədrlik etməsi üçün ölkəmizə ikinci dəfə müraciət edilmişdir. Planetar səviyyədə iddialı öhdəliklərin həyata keçirilməsi baxımından BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ölkəmizin ev sahibi seçilməsi də milli maraqlara əsaslanan praqmatik xarici siyasətin göstəricisidir.
Bu istiqamətdə əldə olunan nailiyyətlər qəti əminliklə onu deməyə əsas verir ki, Azərbaycan-İtaliya əməkdaşlığı gələcək nəsillərin maraqları istiqamətində inkişaf edəcəkdir.

Aysunay Muradxanova,
Xətai rayonu, 55 nömrəli tam orta məktəbin informatika müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü

 

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla