AZ

Musa Qurbanlı 10 dəqiqə oynadı, peşman olmadı

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" İsveç çempionatında 6-cı tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda QAİS-i qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

M. Qurbanlı oyuna ehtiyat oyunçular skamyasında başlayıb və 80-ci dəqiqədə meydana daxil olub.

"Yurqorden" hazırda turnir cədvəlində 10 xalla 4-cü pillədə qərarlaşıb. “Malmö”18 xalla vahid liderdir.

"Yurqorden" - QAİS 1:0
Qol:
Hummet, 54

Seçilən
109
6
Mənbələr
Şərh ()
Bağla