AZ

ABŞ-dan Gürcüstana XƏBƏRDARLIQ

Amerika Birləşmiş Ştatları Senatının ikipartiyalı qrupu aprelin 26-da Gürcüstanın baş nazirinə məktub göndərərək dərin narahatlığını ifadə edib və baş nazirə xəbərdarlıq edib ki, əgər yenidən təşəbbüs edilən “xarici agentlər” haqqında qanun layihəsi qanuna çevrilərsə, onlar ABŞ-ın Gürcüstanla bağlı siyasətinin dəyişdirilməsini təşviq etmək məcburiyyətində qalacaqlar.

Doğru.az xəbər verir, bu barədə Amerikanın səsi məlumat yayıb.

14 senatorun İrakli Kobaxidzeyə göndərdiyi misli görünməmiş narahatlıq notası Senat tərəfindən qeydə alınan digər bəyanatlar arasında ən sərt notadır.

İkipartiyalı məktuba Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Alt Komitənin sədri senator Cin Şahin və Senatın Xarici Əlaqələr Komitəsində rütbəli respublikaçı senator Ceyms Rişi rəhbərlik edib.

Onlar Gürcüstan hökumətini ABŞ-Gürcüstan münasibətlərini təhdid edən, həmçinin ayrı-ayrı şəxslərə qarşı sanksiyalar tətbiq etmək, hökumətin birbaşa maliyyələşdirməsini kəsmək və viza məhdudiyyətlərini genişləndirmək imkanlarını artıran qanunu geri götürməyə çağırırlar.

“Amerikanın səsi”nin əldə etdiyi məktubun nüsxəsinə görə, senatorlar ölkədə “Xarici təsir agentləri haqqında” qanun qüvvəyə minərsə, Vaşinqtonu Gürcüstana qarşı siyasətini dəyişməyə təşviq edəcəklər.

Senatorlar baş nazir İrakli Kobaxidzeyə yazıblar ki, onlar Gürcüstanın çoxdankı dostları kimi Gürcüstan hökumətinin “rus tipli xarici agentlər haqqında qanun”u yenidən tətbiq etmək qərarından “dərin narahatlıq” ifadə etməyə “məcbur olublar”.

Avropa İttifaqının bir çox yüksək rütbəli məmurları kimi senatorlar da deyirlər ki, “Gürcü Arzusu”nun təşəbbüsü ilə hazırlanan qanun layihəsinin hədəfi “Gürcüstan demokratiyasının həyati damarı” olan vətəndaş cəmiyyəti və müstəqil mediadır. Bundan əlavə, qanun layihəsi ABŞ və Avropanın dəstəyinə, 1991-ci ildən bəri Gürcüstanın suverenliyinə və demokratik transformasiyalara dəstək üçün yüz milyonlarla dollar sərmayə qoyan Gürcüstanın tərəfdaşlarına qarşı yönəlib.

DOĞRU.AZ

Seçilən
131
27
Mənbələr
Şərh ()
Bağla