AZ

Estoniya Rusiya ilə sərhəddə daha bir keçid məntəqəsini bağlayır

Estoniya hökuməti gecə saatlarında Koidula keçid məntəqəsini bağlamağı planlaşdırır.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu maliyyə naziri Mart Vırklayev deyib.

“Birincisi, sanksiyalara daha diqqətli riayət olunacaq. Nəqliyyat axını azalıb, Rusiya ilə sərhədi gecə saatlarında açıq saxlamağa ehtiyac yoxdur. İkincisi, burada müəyyən qənaət var”, – deyə Vırklayev ERR radiostansiyasına bildirib.

Keçid məntəqəsinin gecə bağlanması sərhədə bitişik ərazilər üçün mənfi iqtisadi nəticələrə səbəb ola bilər. Media onu da xatırladır ki, mayın 1-dən hökumətin qərarı ilə Narvadakı sərhəd-keçid məntəqəsi gecə saatlarında bağlanacaq – o, yalnız səhər saat 07:00-dan axşam saat 23:00-a kimi açıq olacaq. Koidula və Luhamaa keçid məntəqələrinin gecə saatlarında açıq qalması planlaşdırılırdı.

Daha əvvəl ruslara Estoniya ilə sərhədlərin bağlana biləcəyi barədə xəbərdarlıq edilib. Narvadan girərkən sərhədçilər ruslara Rusiya-Estoniya sərhədinin tezliklə bağlana biləcəyi barədə xəbərdarlıqlar yaymağa başlamışdılar.

Qeyd edək ki, bu sərhəd məntəqəsi bağlandıqdan sonra ölkəyə daxil olmaq üçün marşrut bir neçə yüz kilometr uzana bilər.

Natiq Səlim,

KONKRET.az

Seçilən
183
Mənbələr
Şərh ()
Bağla