AZ

Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 29-da yola salınıb.

Publika.az xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 153 nəfər köçürülür.

Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 33 ailə (131 nəfər) paytaxtın Qaradağ rayonundan yola salınıb.

Yevlax şəhərində, Füzuli və Şamaxı rayonunlarında məskunlaşmış 6 ailə (22 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşulacaq.

Seçilən
46
49
Mənbələr
Şərh ()
Bağla