AZ

Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi

“Sumqayıt” qatardan geri qalmadı. Dünənki qalibiyyət “kimyaçılar”a avrokuboklara vəsiqə uğrunda yarışda mübarizədən qopmamağa imkan verdi.

“Qarabağ”la matçda istək ustalığa qalib gəldi. Oyun boyu hücum edən, epizod yaradan, dirəklərin “möhkəmliyini yoxlayan” ağdamlılar, 3 xalı bayram edənsə sumqayıtlılar oldu. Qonaqlar əsas heyətlə çıxdığı görüşdə şansları boşa verincə, əks-hücumda əla oynayan meydan sahibləri baxımlı kombinasiya qurub qələbə qolunu vurdular. Maraqlıdır ki, “Sumqayıt” bu uğuru “Barselona”da təcrübə keşən baş məşqçi Samir Abasovun yoxluğunda qazandı.

Lakin “Sumqayıt” qələbəyə görə yenə hakimlərə minnətdar olmalıdır. Futbolçuların əzmkarlığı öz yerində, oyunda elə məqamlar olur ki, həmin an nəticənin müəyyənləşməsində önəmli rol oynayır. Dünən də hakimlərin son dəqiqələrdə “Qarabağ”ın penaltisini verməməsi “kimyaçılar”ı xal itkisindən qurtardı. Və “Sumqayıt” belə qərarlar sayəsində bu mövsüm azı 10 xal yığıb. Həmin xalları komandanın hesabından çıxıb rəqiblərinə əlavə etsək, indi turnir cədvəli tam başqa cür şəkillənərdi.

Baş hakim Rauf Cabarovun qərarı əsasən avrokubok üçün mübarizə aparan digər komandaların əleyhinə oldu. “Qarabağ” çemponluğu təmin edib və bu qərara bir o qədər etiraz edəsi deyil, lakin başqalarına qarşı haqsızlıqdır.

Turnir cədvəlində vəziyyət elədir ki, ağdamlıların qızıl medalları qazandıqdan sonra da məsuliyyətsiz çıxış etməyə icazəsi yoxdur. Bir çoxunun taleyi məhz çempionla görüşdən asılı ola bilər. “Sabah”la “Sumqayıt” “Qarabağ”dan 3 xal ala bildi, “Neftçi” ilə “Zirə”nin nəyi bacaracağını isə zaman göstərəcək. Qurban Qurbanovun yetirmələri son 3 oyunda qələbə qazanmayıb. “Neftçi” ilə matç ərəfəsndə autsayderlə bərabərlik və avrokuboka can atan 2 rəqibə məğlubiyyət sıralanır. Oyunçular motivasiyasız ola bilər, ancaq komanda ustalıq səviyyəsinə xələl gətirməməlidir.

Dünən “Turan Tovuz”un da avrokubok arzuları bitdi. Mövsümün gedişində əlinə belə bir fürsət düşən komanda şansından yararlanmaq üçün əsas rəqiblərə uduzmamalı idi. Lakin ardıcıl 2 böyükhesablı məğlubiyyətlə hər şeyə son qoyuldu. Uğurlu oyunlar seriyasından sonra sıralanan darmadağınlar qərblilərin potensialına da aydınlıq gəridi. Roderik Millerin zədələnməsindən, Şəhriyar Əliyevin ardıcıl səhvlərindən sonra Denis Marandiçinin də cəzalı duruma düşməsi müdafiəni tar-mar etdi. Və Slavik Alxasov dünən “Neftçi”nin 12-ci oyunçusu kimi çıxış etməklə yekun nəticədə birbaşa rol oynadı. Tovuzluların meydanda azlıqda qalması ilə bütün suallara aydınlıq gəldi. Bakılıların daha üstün görünməsi də birbaşa rəqibinin zəifliyinə görə idi.

“Neftçi” mübarizədən geri qalmır. Komanda qeyri-sabit çıxış etsə də, vacib oyunlarda toparlana bilir. Azarkeşlərlə barışıqdan sonra böyükhesablı qələbə lap yerinə düşdü.

Tur həm də “Qəbələ”nin vidası ilə əlamətdar oldu. Bölgə təmsilçisinin Premyer Liqanı tərk edəcəyi birbaşa rəqibi ilə oyunda dəqiqləşdi. “Kəpəz” səfər matçında qalib gəlib məsələyə birdəfəlik nöqtə qoydu. Bu nəticə həm də sonuncu pillənin sahibinin adına ədalətli aydınlıq gəlməsi baxımından önəmli oldu. Arada 17 xallıq fərq yaradan gəncəlilər hətta “Araz-Naxçıvan”ı da ötdü.

Bu nəticə Kaxaber Sxadadzenin də imicini yerlə bir etdi. Təyinatından bəri qələbəyə həsrət qalan gürcü, 2 xalla təsəlli tapır. Halbuki o, xilaskar kim dəvət edilmişdi, amma komandanı böhrandan çıxara bilmədi. Düzdür, uğursuzluğun bünövrəsini komandanın sabiq baş meneceri Nail Kərimov qoymuşdu. Məhz onun qurduğu heyət belə bərbad nəticələrə imza atdı, lakin Sxadadze təcrübəsi ilə ən azı nələrisə dəyişməliydi.

Tura Mərdəkanda yekun vurulacaq. Son vaxtlar yüksəlişdə olan “Zirə” əks qrafik cızan “Araz-Naxçıvan”ı məğlub etməyə məhkumdu. Hakimlərin ayaqda saxladığı “Sumqayıt”ı 2-ci pillədən sıxışdırmaq üçün başqa yol yoxdur. Lakin naxçıvanlılar da yenidən “Kəpəz”i geridə qoymaq üçün dönüş yaratmağa çalışacaq.

FƏRİD

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
16593
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
16173
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15663
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13722
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
12588
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9751
"Zaur, yenə çaşdın..." - VİDEO
7940
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6245
Minimum əmək haqqı nə qədər arta bilər?
6121
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Çingiz Mustafayevin toyudur - FOTOLAR
5924
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5348
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5275
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4543
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4288
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4224
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3299
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3282
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
3063
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
3025