AZ

Emmanuel Makron yenə hədəfdə – Dedikləri başına bəla oldu

Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqını müdafiə etmək üçün nüvə silahından istifadə edəcəyini dedikdən sonra sərt tənqidlərə məruz qalıb.

KONKRET.az xəbər verir ki, “İtaətsiz Fransa” parlament fraksiyasının rəhbəri Mathilde Pano bildirib ki, “Dövlət başçısının bəyanatları dəlilik və tamamilə məsuliyyətsiz addımdır. Bu, Avropada nüvə münaqişəsi təhlükəsini artırır”.

Siyasətçi bildirib ki, Fransa prezidentinin mövqeyi dövlətin nüvə doktrinasına ziddir, ona görə ölkə “nüvə çətirinə inanmır”.

“Biz başqa bir ölkə üçün nüvə müharibəsi başlatmaq fikrində deyilik”, – deyə Pano vurğulayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla