AZ

576 minlik dələduzluq edən qadın apellyasiya şikayəti verdi

Bakıda bir neçə nəfərə qarşı külli miqdarda dələduzluqda təqsirləndirilən 1983-cü il təvəllüdlü Gülnarə Mirzəyevanın barəsindəki hökmdən apellyasiya şikayəti verilib. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Əfqan Ələkbərovun sədrliyi ilə araşdırılacaq. 
 

Məhkəmənin ilkin hazırlıq iclası aprelin 30-na təyin edilib.

 

İttihama görə, G.Mirzəyeva ümumilikdə 7 nəfərə qarşı təxminən 600 min manatlıq dələduzluq edib.

 

Belə ki, o, zərərçəkmiş şəxslərin inam və etibarını qazanaraq onlardan müvafiq olaraq 205.600, 85.000, 25.000, 73.000, 58. 000, 98.200 və 31.000 manat dəyərində (ümumilikdə 575.800 manatlıq) qızıl-zinət əşyaları və ya nağd pul alıb. Lakin verdikləri pulu və ya qızılları geri ala bilməyən şəxslər Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət ediblər.

 

Məhkəmədə G.Mirzəyeva şikayətçilərdən yalnız biri ilə bağlı əməlini təsdiq edib. Digər şəxslərlə arasında borc məsələsinin olmasını iddia edib. Zərərçəkmiş şəxslər isə onlara dəymiş ziyanın ödənilməsini tələb ediblər.

 

Bakı Ağır Cinayətlər Məhkəməsi G.Mirzəyevanı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilərək 8 il müddətə həbs cəzası verib.

 

Kamal Məmmədov

 

 

Tarix: 29 Aprel 2024, 08:12   
Seçilən
33
1
Mənbələr
Şərh ()
Bağla