AZ

“Qarabağ” ispanların diqqət mərkəzində: “Hətta “Bayern” də onlar qədər olmadı”

Avropada məğlubiyyətsiz oyunlar seriyasını 46-ya çatdıran “Bayer”in çıxışı Avropa mətbuatında geniş müzakirə mövzusuna çevrilib. Leverkuzen təmsilçisinin cari mövsüm keçdiyi yola xüsusi diqqət ayırıb.

Xüsusən də Xabi Alonsonun yetirmələrinin geridönüşləri İspaniya mətbuatında diqqət çəkib. Komanda son olaraq Bundesliqanın 31-ci turunda “Ştutqart”la qarşılaşmanın son saniyələrində məğlubiyyətdən qurtulub – 2:2.

Bu mövsüm “BayArena”da 7 komanda qalibiyyəti son anda əldən verib. Onlardan 6-sı çempionatda, 1-i isə Avropa Liqasında baş verib. Həmin görüş isə Azərbaycan təmsilçisi “Qarabağ” önündə olub: “Bayern”, “Qarabağ”, “Auqsburq”, “Leypsiq”, “Ştutqart”, “Hoffenhaym” və Dortmund “Borussiya”sı Leverkuzendə üstünlüyü qoruya bilməyən kollektivlərdir”.

İspanlar “Qarabağ”ı bu baxımdan xüsusi fərqləndirib: “Qarabağ” digərlərindən seçilir. Azərbaycan çempionu həm Leverkuzendə, həm də Bakıda seriyanı qırmağa çox yaxın oldu. “Qarabağ” bu mövsüm “Bayer”ə hər iki matçda əziyyət verən yeganə kollektivdir. Hətta “Bayern” də onlar qədər olmadı. Leverkuzenlilər “Qarabağ”la matçların hər ikisində son dəqiqələrdə ümumilikdə 4 qol vuraraq həm seriyanı davam etdirdi, həm də Avropa Liqasında 1/4 finala yüksəldi”.

Qeyd edək ki, Avropa Liqasının 1/8 finalında “Bayer”lə üz-üzə gələn “Qarabağ” ümumi hesabda 4:5 (2:2, 2:3) məğlub olub.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla