AZ

İnsanlar ölüm təhlükəsi ilə üz-üzə: Dövlət qurumu razılaşdı, AMMA YENƏ DƏ... - VİDEO

İnsanlar ölüm təhlükəsi ilə üz-üzə: Dövlət qurumu razılaşdı, AMMA YENƏ DƏ... - VİDEO

Bakı-Sumqayıt yolunun Abşeron Gənclər şəhərciyindən keçən hissəsində piyada keçidi yoxdur. Yolun sağ və sol hissəsində günbəgün artan yaşayış məntəqələrinin fonunda belə bir yoxluq əməlli-başlı problem yaradır.

Sonxeber.az xəbər verir ki, problemin ciddiliyi ilə bağlı "ARB Xəbər"in əməkdaşları sözügedən ərazidə olub. Ərazidə yaşayan sakinlərin qarşı tərəfə keçə bilmədik üçün heç bir piyada keçidi və zolağı yoxdur. Qarşıda 1-2 km irəlidə yerüstü piyada keçidi var. Amma sakinlərin oraya təhlükəsiz çata bilməsi üçün piyada səkisi yoxdur.

"Qarşı tərəfə keçmək mümkün deyil. Gərək biz əvvəlcə avtobusa minək. Həmin yerə çatmaq üçün gərək 2 avtobus dəyişək".

Yolun bir tərəfindən digərinə keçmək qəliz olduğundan sakinlər həyatlarını təhlükəyə atmaq məcburiyyətində qalırlar.

"80-90 sürətlə nə qədər maşın bu yoldan gedir. Bu baxımdan həmin yerdən yolu keçmək çox təhlükəlidir. Necə edə bilərik. Körpü, piyada keçidi yoxdur. Təhlükəli olsa da məcburuq özümüzü təhlükəyə ataq. Çünki bu gün evə vaxtında çatmalıyıq. Bir rayonun əhalisi qədər insan yaşayır burada".

Ətraflı "ARB Xəbər"in süjetində:

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla