AZ

Köhnə, baxımsız, nasaz liftlər: Sakinlərin problemi nə vaxt həllini tapacaq? - VİDEO

Köhnə, baxımsız, nasaz liftlər: Sakinlərin problemi nə vaxt həllini tapacaq? - VİDEO

Liftin şaxtası var, amma özü yoxdur. Təhlükənin miqyasını təsəvvür etmək mümkündür. Liftin çağırırsan və qapı açılır. Diqqətsizlik edib qarşıya baxmadan ayaq atırıq. Sonxeber.az xəbər verir ki, problem ilə bağlı sakinlər "Aztv Xəbər"ə danışıblar:

"Bu bina 1970-80 ci illərdə tikilib. Amma liftin yenilənməsi çox lazımdır. İnsan qorxur və köhnə liftdir. Hər bir məqamda o qırıla bilər. Çünki elə hallar baş verib. Qırılma olub və insanlar liftin içində qalıb. Yaxşı ki, heç bir qəza baş vermədi. Tamamilə təhlükəlidir. Bununla yanaşı liftə baxan yoxdur və təcili dəyişmək lazımdır".

Liftə problem yarandığı üçün orada qalanlar arasında azyaşlılar da var:

"Birdən-birə işıqlar söndü və lift dayandı. 25-30 dəqiqə arası mən liftə qaldım. Məcbur gözləməli oldum. Sonra gəldilər və lifti açdılar".

Bu da liftlər ilə bağlı əsas məsələdir. Bu ilin 3 ayı ərzində Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə köməksiz vəziyyətdə qalmaq faktı üzrə 153 müraciət daxil olub.

Ətraflı "Aztv Xəbər"in süjetində:

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla

Reytinq