AZ

BVF son illərdə dünyada ticarət məhdudiyyətlərinin dörd dəfə artdığını açıqlayıb

Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva bildirib ki, son illər beynəlxalq ticarətə qoyulan məhdudiyyətlərin sayı dörd dəfə artıb və bu, qlobal iqtisadiyyata dağıdıcı təsir göstərir.

Editor.az xəbər verir ki, bu barədə o, Georgiyevanın Ər-Riyadda Dünya İqtisadi Forumunun xüsusi sessiyasındakı çıxışında deyib. BVF rəhbərinin sözlərinə görə, son illərdə ticarət məhdudiyyətlərində dörd dəfə artım olub. Onlardan 2,5 mini qəbul olunub.

Georgiyeva hesab edir ki, bunların 70 faizi dağıdıcıdır və biznesə son dərəcə mənfi təsir göstərir. BVF rəhbəri hökumətlərin öz iqtisadiyyatlarını karbonsizləşdirmək və enerji keçidini təmin etmək üçün tətbiq etdiyi ticarət məhdudiyyətlərinin müdrikliyinə şübhələrini ifadə edib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
76
1
Mənbələr
Şərh ()
Bağla