AZ

Millimizin baş məşqçisi: “Nəticələrə baxmayaraq burdakı iştirakımız üçün şadıq”

“Təşkilatçılıq yüksək səviyyədə idi. Nəticələrə baxmayaraq burdakı iştirakımız üçün şadıq”.

Msport.az-ın məlumatına görə, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev Belarusun paytaxtı Minskdə keçirilən UEFA İnkişaf turniri ilə bağlı danışarkən deyib.

Mütəxəssis Tacikistanla matçı barədə fikirlərini də bölüşüb: “Əsas vaxtda qalib gələ bilmədik. Bu da sevinməyimizə bir az imkan vermir. Oyunsonrası penaltilər lotereyadır. Amma belə də olur. Qələbə daha şirin alınır. Turnirin gedişində futbolçular oyundan-oyuna artırdılar. Onlardan istədiyimiz kimi düzgün oynamağa çalışırdılar. Son görüşümüzün ilk hissəsində hər şey alınırdı. Fasilədən sonra bir az yoruldular. Çünki resurslarımız o qədər böyük deyil, bir gündən bir oynayırıq. Ümumilikdə vəzifənin 50 faizinin öhdəsindən gəldik. Bu turnirin olması sevindiricidir. İnkişaf turniridir və reqlamentə görə bütün oyunçulara şans verilir. Nəticədən asılı olmayaraq, hamını meydana buraxırsan, onlar da oynayır və inkişaf edir”.

Qeyd edək ki, millimiz Tacikistana 2:2 hesabı ilə başa çatan matçın penaltilər seriyasında qalib gəlib – 3:1.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla