AZ

Azərbaycan COP29-da yeni Şimal-Cənub maliyyə mexanizmi yaratmağı təklif edəcək

Ər-Riyad.

Azərbaycan COP29-da yeni Şimal-Cənub maliyyə mexanizmi yaratmağıtəklif edəcək.

Trend xəbərverir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf vəsosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov İslam İnkişaf Bankı(İİB) qrupunun illik müşavirələri çərçivəsində "COP29-a doğru –prioritetlər və gündəm" mövzusunda təqdimatda deyib.

Onun sözlərinə görə, Şimal-Cənub Maliyyə mexanizmi milli vəbeynəlxalq neft (enerji) şirkətləri arasında körpü rolunu oynayabilər.

H.Hüseynov qeyd edib ki, üzvlük imkanları bütün tərəflər, həttaəvvəlcədən təşəbbüsə qoşulmağa qərar verməyənlər üçün də açıqolaraq qalacaq.

"Şimal-Cənub Maliyyə mexanizminə üzv tərəflər ixrac etdikləriqazıntı yanacağına görə Fonda köçürmələr edəcək və verdikləriməbləğin müqabilində səhmdarlara çevriləcək. Tərəflər qazıntıyanacağının həcmindən və müvafiq olaraq Fonda köçürülməli məbləğdənasılı olaraq yığımın ölçüsünü sərbəst şəkildə müəyyənləşdirəcək", -deyə o bildirib.

O vurğulayıb ki, Şimal-Cənub Maliyyə mexanizmini fərqləndirənəsas amillər aşağıdakılardır:

- Maliyyə stabilliyi (davamlı kapital axını).

- Fonda yığılan vəsaitin bir hissəsi konsessiya layihələrininmaliyyələşdirilməsi məqsədləri üçün gəlirsiz kapital hesab olunacaq(güzəştli investisiya qoyma).

- Digər hissə kommersiya cəhətdən sərfəli investisiyalarayönəldiləcək və səhmdarlar üçün gəlir mənbəyi olacaq.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabr ayında Azərbaycanda keçiriləcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
34
4
Mənbələr
Şərh ()
Bağla