AZ

Luis Enrike: “Əminəm ki, PSJ ÇL-in finalına yüksələ bilər”

PSJ-nin baş məşqçisi Luis Enrike Dortmund “Borussiya”sı ilə qarşılaşacağı Çempionlar Liqasının yarımfinal mərhələsi haqda danışıb.

Arena.az “Marca” nəşrinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“İki qənimətimiz əskikdir, ona görə də onları əldə etmək üçün əlimizdən gələni edəcəyik. Əminəm ki, biz gerçək mübarizə aparıb finala yüksələcəyik. Bu, mənim məqsədimdir. Düşünürəm ki, bizi məğlub etməyin texniki, taktiki və əqli cəhətdən çox çətin olduğunu göstərdik. Statistika bunu göstərir” deyə Luis Enrike vurğulayıb.

Xatırladaq ki, komandalar arasında ilk yarımfinal oyunu mayın 1-də Dortmundda baş tutacaq. Cavab oyunu mayın 7-də Parisdə keçiriləcək. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Seçilən
52
5
Mənbələr
Şərh ()
Bağla