AZ

Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?  

Hacıqabul Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin həkim-endokrinoloqu Günay Nağıyeva Aztibb.az-a şəkərli diabet xəstəliyindən danışıb.

 

Həkim bildirib ki, dövrümüzün ən çox rast gəlinən xəstəlikləri arasında yer alan şəkərli diabet, bir çox ciddi xəstəliyin də meydana gəlməsində rol oynayan və dünyanın hər yerində rast gəlinən bir xəstəlikdir. Qanda şəkərin miqdarının çox olması bu xəstəliyin əsas göstəricisidir. Xəstəliyin səbəbi insulin hormonu ifrazının hər hansı səbəbdən kifayət qədər və ya heç olmaması, ya da toxumalarımızın insulinə qarşı rezistent hala gəlməsidir. Qan şəkərinin uzun müddət miqdarının çox olması, ürək-damar sistemi, böyrəklər və gözlər başda olmaqla orqanizmdə bir çox qalıcı patologiyaların yaranmasına səbəb olur.

 

Diabetin əlamətlərindən bəhs edən endokrinoloq qeyd edib ki, diabet xəstəliyi özünü üç əsas göstərici ilə biruzə verir. Bunlar normaldan çox yemə və doymama hissi, tez-tez sidiyə çıxmaq, ağızda quruluq və buna bağlı olaraq həddindən artıq su içmə istəyi. 

 

Günay Nağıyeva əlavə edib ki, diabetin 2 növü var. Tip 1 diabet - insulindən asılı diabet – Əsasən uşaqlıq vaxtından ortaya çıxan, mədəaltı vəzdə insulin ifrazının kifayət qədər və ya heç olmaması nəticəsində meydana gələn, xaricdən insulin qəbulunun mütləq olduğu diabet növüdür. Tip 2 diabet - Hüceyrələrin qan şəkərini tənzimləyən insulin hormonuna qarşı həssas olmaması nəticəsində meydana gələn şəkər xəstəliyinin növüdür.

 

Onun sözlərinə görə, şəkər xəstələri günlük olaraq qəbul olunan karbohidrat, yağ və zülal miqdarı düzgün balanslaşdırılmalıdır. Sadəcə zülal miqdarı düzgün balanslaşdırılmalıdır. Sadəcə zülal əsaslı qidalanma ciddi zədələr yarada bilər.

 

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla