AZ

İtaliyada Azərbaycan icması ilə görüş keçirilib FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İtaliyaya səfəri çərçivəsində bu ölkədəki Azərbaycan icması ilə görüşüb.

Day.Az xəbər verir ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ölkəmizin diaspor siyasəti, Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə reallaşan irihəcmli layihələr, o cümlədən Koordinasiya Şuraları, Azərbaycan Evləri, həftəsonu Azərbaycan məktəbləri, Diaspor Gənclərinin Yay Düşərgələri, Beyinqazanma proqramı, komitənin xarici ölkələrdə təşkil etdiyi ixtisaslaşmış forumlar və s. haqqında müfəssəl məlumat verilib.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayında xaricdə yaşayan soydaşlarımıza tövsiyələrini xatırladan komitə sədri dünya azərbaycanlılarının, o cümlədən İtaliyadakı icmamızın azərbaycançılıq ideologiyasına sadiq qaldıqlarını, həqiqətlərimizin təbliğində fəal iştirak etdiklərini qeyd edib.

İtaliyadakı Azərbaycan icması ilə görüşdə Azərbaycan Respublikasının İtaliyadakı səfirliyinin əməkdaşları və Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda (Vatikan) fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov iştirak edib.

AKŞ-nin Roma üzrə koordinatoru Fərid Abbasov və İtaliya AKŞ-nin Venesiya üzrə koordinatoru Türkan Həsənova məruzə ilə çıxış etdikdən sonra İtaliya AKŞ-nin koordinatorlarının və Azərbaycan İtaliya Gənclər Assosiasiyası sədrinin seçkisi keçirilib. Aynur Aşurova (Roma), Fidan Abdullazadə (Milan), Elvin Babayev (Milan), Aysel Şəbiyeva (Malta) AKŞ-nin koordinatorları, Kərim İsmayılov isə (Roma) assosiasiya sədri seçilib. Soydaşlarımız göstərilən etimada görə minnətdarlıq ediblər.

Qarşılıqlı fikir mübadiləsi aparıldıqdan və soydaşlarımızın sualları hərtərəfli cavablandırıldıqdan sonra Milandakı İtaliya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti, "Eurasiaticanews"un təsisçisi və direktoru Karlo Marinoya,  Neapol-Bakı Assosiasiyasının vitse-prezidenti Elnur Camalxanova və icma üzvü Lalə Zeynalovaya "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı, Azərbaycan icmasının fəal üzvlərinə isə Komitənin təşəkkürnamələri təqdim edilib.

Qeyd edək ki, hazırda dünyanın 15 ölkəsində 29 Azərbaycan Evi və 36 ölkəni əhatə edən 15 Azərbaycanlıların Koordinasiya Şurası fəaliyyət göstərir.

  • İtaliyada
  • İtaliyada
  • İtaliyada
  • İtaliyada
  • İtaliyada
  • İtaliyada
  • İtaliyada
  • İtaliyada
  • İtaliyada
  • İtaliyada
  • İtaliyada
  • İtaliyada
Seçilən
5
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14563
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
14194
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
14069
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12087
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
10190
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8519
"Zaur, yenə çaşdın..." - VİDEO
7518
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5617
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4019
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
3983
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
3868
Elçin boşandığını etiraf etdi - FOTOLAR
3824
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
3654
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3482
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3020
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3015
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2800
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2740
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2642