AZ

Qətldə şübhəli bilinən şəxs ürəktutmadan öldü

Bakı. Trend:

Xəzər rayon prokurorluğundan Trend-ə məlumata görə, aprelin28-də Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində 1979-cu iltəvəllüdlü Sadiq Əhmədovun üzərində kəsilmiş-deşilmiş xəsarətizləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğunaməlumat daxil olub.

Araşdırmalarla 1954-cü il təvəllüdlü, əvvəllər məhkum edilmişVaqif Dadaşovun aralarında yaranmış mübahisə zamanı bıçaqlaxəsarətlər yetirərək Sadiq Əhmədovu qəsdən öldürməsinə əsaslışübhələr müəyyən edilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən Vaqif Dadaşovhadisədən bir qədər sonra ürəktutmadan vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Seçilən
6
2
Mənbələr
Şərh ()
Bağla