AZ

Tbilisidə qanlı qarşıdurma: Çoxsaylı etirazçı SAXLANILIB

Aprelin 28-də “xarici agentlər haqqında” qanun layihəsinə görə Tbilisidə bir neçə min nəfərin parlament binası qarşısında keçirdiyi etiraz aksiyası zamanı etirazçılarla polis arasında toqquşma olub. Vətəninfo.az-ın məlumatına görə , bu barədə BBC-nin rus xidməti məlumat yayıb.

Nümayiş iştirakçıları parlamentdən müxalifətin fikrincə, Rusiyanın “xarici agentlər haqqında” qanununu təkrarlayan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbulundan imtina etməyi tələb ediblər.

Hakim “Gürcü Arzusu” partiyasının aprelin 29-da qanun layihəsinə dəstək aksiyası keçirməyi planlaşdırdığı məlum olduqdan sonra müxalifət partiyaları və qeyri-hökumət təşkilatları mitinq elan ediblər.

AFP agentliyinin hesablamalarına görə, aksiyada 20 minə yaxın insan iştirak edib.

Parlament binasının yaxınlığında çoxlu sayda polis məmuru yerləşdirilib. Bir neçə etirazçı polis zəncirini qırmağa cəhd edəndə vəziyyət gərginləşib.

Gürcüstan Daxili İşlər Nazirliyi bəyan edib ki, etirazçılar asayiş keşikçilərinin çoxsaylı müraciətlərinə məhəl qoymayıblar və polis asayişi bərpa etmək üçün xüsusi tədbirlər görüb.

Daha sonra aksiya başa çatıb, etirazçılar dağılıblar.

Aprelin 28-də parlamentdə qanun layihəsinin ikinci oxunuşu keçiriləcək və bu müddət ərzində “sarı təhlükəsizlik səviyyəsi” fəaliyyət göstərəcək, yəni ziyarətçilərin girişi məhdudlaşdırılacaq. Parlament bunu iş və təhlükəsiz mühitin təmin edilməsi zərurəti ilə izah edir.

Gürcüstanın hakim partiyası ikinci dəfədir ki, parlamentə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini təqdim edir. 2023-cü ildə Mart ayında partiya kütləvi nümayişlərdən sonra onu geri götürməli oldu.

Qanun layihəsi maliyyələrinin 20%-dən çoxunu xaricdən alan qeyri-hökumət təşkilatlarını və KİV-ləri xarici dövlətin maraqlarını müdafiə edən təşkilat kimi qeydiyyatdan keçməyi öhdəsinə götürür.

Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, qrant alanların maliyyə şəffaflığını təmin etmək üçün belə qanunvericilik zəruridir.

Seçilən
4
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq