AZ

Qərb bankları ötən il Rusiyaya 800 milyon avro vergi ödəyib

Bakı. Trend:

Qərb bankları 2023-cü ildə Rusiyaya 800 milyon avro vergiödəyib, bu, Ukraynada münaqişə başlayandan əvvəlki göstərici iləmüqayisədə 4 dəfə çoxdur.

Trend xəbərverir ki, bu barədə "Financial Times" qəzeti yazıb.

Məlumata görə, Rusiyada fəaliyyət göstərməyə davam edən Qərbbankları ölkədəki fəaliyyətlərini minimallaşdıracaqlarını vədetsələr də, ötən il Kremlə 800 milyon avrodan çox vergi ödəyib.

"Rusiyadakı yeddi ən böyük Avropa bankları olan "Raiffeisen BankInternational", "UniCredit", "ING", "Commerzbank", "Deutsche Bank","Intesa Sanpaolo" və "OTP" 2023-cü ildə toplam gəlirin 3 milyardavro dəyərində olduğunu bildiriblər. Bu, 2021-ci illə müqayisədə 3dəfə çoxdur və qismən bankların ölkədən çıxara bilmədiklərivəsaitlərin hesabına əldə edilib", - deyə nəşr yazıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
2
1
Mənbələr
Şərh ()
Bağla