AZ

Afrika ölkəsində Fransaya QADAĞA

Burkina-Faso hakimiyyəti Fransanın “TV5 Monde” telekanalının və Almaniyanın “Döyç velle” teleradio şirkətinin, həmçinin “Qardian” və “Mond” qəzetlərinin yayımını dayandırıb.

NOCOMMENT.az xəbər verir ki, 2023-cü ilin yanvarında Burkina-Faso Fransa ilə Respublika qoşunlarının Afrika ölkəsində olmasını nəzərdə tutan müqaviləni pozub.

Fransa Xarici İşlər Nazirliyinin nümayəndələri keçmiş metropoliyanın qoşunlarının Burkina-Fasonu bir ay ərzində tərk edəcəyini bildiriblər.

Elə həmin ilin mart ayında Burkina-Faso hakimiyyəti ölkədə “France 24” telekanalının yayımını qadağan edib.

Seçilən
1
Mənbələr
Şərh ()
Bağla