AZ

Türk dünyası birliyinin nümunəsi

Kamila Əliyeva

Milli Məclisin deputatı, professor

Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətləri, o cümlədən, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ikitərəfli və təşkilat çərçivəsində çoxtərəfli iqtisadi və siyasi əlaqələrin qurulmasına böyük önəm verir. Ölkə başçımız Türkdilli Dövlətlərin birləşməsində misilsiz xidmətlər göstərir və Türk Dövlətləri təşkilatının yaradılması ideyasının müəllifidir. Ortaq dinə, mədəniyyətə, eyni tarixi köklərə mənsub Türkdilli Dövlətləri özündə birləşdirən Türk Dövlətləri Təşkilatı yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan dövlətlərində böyük sevinclə qarşılandı. Qazaxıstan və Özbəkistandan sonra Qırğızıstan da işğaldan azad edilmiş Ağdam şəhərində məktəb tikdirib Azərbaycana hədiyyə etməsi dostluğumuzun və qardaşlığımızın nümunəsidir.

Cari ilin 24 aprel tarixində Qazaxıstan Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana səfər etdi və iki dövlət arasında iqtisadi, sosial və humanitar sahələri əhatə edən bir çox sənədlər imzalandı. Prezident İlham Əliyev Qırğızıstan Respublikası Prezidentinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanatla çıxış etdi. Azərbaycan və Qırğızıstan Respublikaları arasında yaradılmış Dövlətlərarası Şuranın ikinci iclasında qarşıya qoyulan məsələlərin həll edilməsi və görüləcək işlərin müzakirəsi zamanı əldə olunan razılıqlar iki ölkə arasında iqtisadi, ticari əlaqələrin genişləndirilməsinə zəmin yaradacaq. Azərbaycan və Qırğızıstan arasında qarşılıqlı investisiya qoyuluşu məsələləri də yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan Qırğızıstanın İssık-Kul gölünün sahilində 5 ulduzlu otelin tikintisinə başlayıb, eləcə də Qırğızıstanda bərpa olunan enerji üzrə layihələrdə də iştirak edəcək. Hər iki dövlət irimiqyaslı nəqliyyat və dəmir yolu infrastruktur layihələri reallaşdırıb ki, bu da Şərq-Qərb nəqliyyat dəhlizinə böyük töhfələr verəcək. Humanitar və mədəniyyət sahələrində də iki qardaş dövlət arasında əlaqələr möhkəmləndirilir. Azərbaycanda Qazaxıstan Mədəniyyət Günləri keçiriləcək. Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsinin Bakıda açılış mərasimi baş tutdu və hər iki ölkənin Prezidentləri açılış mərasimində iştirak etdilər. Azərbaycan və Qırğızıstanın dostluq və qardaşlıq münasibətləri Türk dünyası birliyinin nümunəsidir. yap.az

Seçilən
9
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
16906
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
16497
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15887
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
14008
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
12932
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9915
"Zaur, yenə çaşdın..." - VİDEO
8065
Çingiz Mustafayevin toyudur - FOTOLAR
7571
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6496
Minimum əmək haqqı nə qədər arta bilər?
6243
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5630
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5426
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4705
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4397
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4372
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi - FOTO
3458
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3363
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3355
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
3131