AZ

Əliyev-Putin görüşündən maraqlı anlar: "Bu foto ilə artıq səni hər yerə buraxacaqlar" - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Moskvada Rusiya lideri Vladimir Putinlə görüşüb.

 

Modern.az xəbər verir ki, Rusiyanın “Rossiya 1” telekanalı liderlərin görüşünə dair kadrarxası görüntülər paylaşıb. 

 

Jurnalistlərdən biri Vladimir Putin və İlham Əliyevlə şəkil çəkdirməyi xahiş edib. "Fotoşəkil çəkdirməsəm məni evə buraxmazlar", - jurnalist şəkil çəkdirən zaman deyib.

 

Buna cavab olaraq Azərbaycan lideri zarafatla bildirib ki,  bu foto ilə artıq hər yerə buraxacaqlar.

 

 

Seçilən
113
50
Mənbələr
Şərh ()
Bağla