AZ

Bayram günü kafedə iki nəfərin qətlinə görə tutulan şəxsin məhkəməsi başlayıb

Bayram günü kafedə iki nəfəri öldürməkdə təqsirləndirilən Arif Bəhərçiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı mayın 13-nə təyin edilib.

Qeyd edək ki, hadisə Binəqədi rayonunda baş verib. Binəqədi Rayon Prokurorluğunun məlumatına əsasən, 22 yaşlı Arif Bəhərçiyevin qeyd olunan ünvanda mübahisə zamanı 55 yaşlı Namiq Orucovu və 42 yaşlı Ramil Səfərovu bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
İlkin məlumata görə, Arif əvvəlcə anasını döyüb, daha sonra isə mətbəx bıçağı ilə kababçını və onları ayırmağa çalışan Ramil Səfərovu qətlə yetirib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2 (Qəsdən adam öldürmə - xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Seçilən
5
Mənbələr
Şərh ()
Bağla