Göygöldə yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb. Kənd ərazisində yerləşən ailəvi istirahət mərkəzində yanğın olub. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.