AZ

Berlin Bakının dəyərini anladı. Bəs Brüssel?

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin Berlinəyollanaraq 15-ci Pebersberq İqlim Dialoquna qatılması, səfərin ikigün davam etməsi rəsmi Bakının Avropa ilə təmaslarında yenimərhələdir.

Avropa İttifaqının təbii qazla təminatında Azərbaycanın rolu vəçəkisi Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonradaha da artıb. Belə ki, rəsmi Bakı Aİ-nin enerji təminatıtəhlükəsizliyi problematikasının həllində yetərincə əhəmiyyətli vəciddi rol oynaya bilər.

Azərbaycanın öz qaz hasilatı Aİ üçün yetərli deyil.

Belə ki, Avropa İttifaqının təbii qaza olan illik tələbatınınhəcmi 333 milyard kubmetr, Azərbaycanın Aİ-yə illik qaz nəqli isətəqribən 12 milyard kubmetr təşkil edir. Yəni Aİ-nin ümumi təbiiqaz istehlakında bilavasitə ölkəmizin payı 3,5 faizdir.

Avropa İttifaq və xüsusilə də Almaniya üçün təbii qaztəminatçısı qismində Azərbaycanın önəmini artıran ölkəmizin “maviyanacaq” istehsalının həcmini yüksəltmək imkanları deyil.

Önəm Mərkəzi Asiya ölkələrinin, habelə Rusiyanın təbii qazınınAzərbaycandan keçməklə Avropaya nəql marşrutlarıdır.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Bakıyasəfərində, rəsmi Bakının Avİ ölkələri ilə apardığı danışıqlardaəsas müzakirə mövzularından biri də məhz bu idi.

Brüssel və Berlin Bakı ilə danışıqların intensivləşdirilməsində,təbii qaz təminatında Rusiyadan və ABŞ-dan asılılığınazaldılmasında maraqlıdır.

Təbii ki, Vaşinqton və Moskva avropalıların planlarına maneələryaratmağa çalışacaq və artıq bunu edirlər.

Cənubi Qafqazda geosiyasi təsir imkanlarına yiyələnməyə çalışanvə bu məqsədlə Ermənistandan istifadə etməyə çalışan Fransayagəldikdə Paris mütləq şəkildə Berlinin planlarının minimallaşmasınacan atacaq.

Səbəblər bəllidir: Avropa İttifaqında lider mövqe tutaraqhegemon olmağa çalışan Fransa özünə əsas rəqib kimi Almaniyanıngörür. Eyni vəziyyət Cənubi Qafqazla da bağlıdır. Bölgəmizdə ABŞ vəAvropa İttifaqının, xüsusilə də Almaniyanın mövqeləriningüclənməsini qıcıqla qəbul edən Fransa Berlin danışıqlarında qəbuledilmiş qərarların reallaşmaması üçün bütün vasitələri işəsalacaq.

Avropa İttifaqı ölkələrinin makroiqtisadiyyatı indi ən ağırdövrlərdən birini yaşayır. Almaniya iqtisadiyyatındakı vəziyyət isəümumiyyətlə, Avropadakı çətinlikləri bariz şəkildə göstərir. Birzamanlar Avropa İttifaqının (Aİ) iqtisadi flaqmanı olan Almaniyadavəziyyət o qədər ağırlaşıb ki, hətta ötən dövrlərdə kommunal sahəvə sənayə müəssisələri üçün əsl dayaq rolunu oynamış ucuz təbiiqazın qıtlığı Berlini gün keçdikcə resessiyaya daha dayaxınlaşdırır.

Federal Energetika Agentliyinin rəhbəri Klaus Müllerin fikrincə,təbii qaz çatışmazlığı ilə bağlı böhran hələ başa çatmadığındanəhali "mavi yanacaq" sərfiyyatında qənaətli davranmalıdır.

O, "Funke"yə verdiyi müsahibəsində deyib: "Bu qışı da təbii qaztəminatında fasilələr olmadan başa vura bildik. Lakin vəziyyət çoxağırdır".

Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonraRusiyadan təbii qaz alışlarını azaldan və hazırda minimuma endirənBerlin əvvəllər "Qazprom"dan alınan təbii qazdan asılı idi.

Almaniyanın kansleri Olaf Şolts "qaz çatışmazlığı sahəsindəuğurlarımız var" desə də, statistika tam əks mənzərəni göstərir.Doğrudur, ölkədə təbii qaz sərfiyyatı azalıb və təminatda fasilələryoxdur. 2018-2021-ci illərlə müqayisədə əhali və kiçik biznes 18,3faiz az qaz işlədib.

Amma bütün bunların səbəbi Almaniyada bir sıra böyük zavodların,fabriklərin bağlanması, ölkə iqtisadiyyatının çox önəmli sahələrinitəşkil edən nəhəng avtomobil və kimya sənayesi konsernlərininmüəsissələrinin sürətlə digər ölkələrə "köçürülməsi", habeləəhalinin mənzillərdə isitmə sistemindn qənaətləfaydalanmasıdır.

Beləliklə, Almaniya rəhbərliynin bəhs etdiyi "uğur"lar əslindəyalnız qənaətlə bağlıdır.

Almaniyanın yeraltı təbii qaz anbarlarının ümumi tutumunun 71faizini doldurması və beləcə, rekorda nail olması isə ölkəiqtisadiyyatına ciddi fayda verməyib. İki əsas səbəb var:

1. Almaniya iqtisadiyyatında və sənayesində geriləməsürətləndiyindən təbii qaza tələbat azalıb

2. Dünya bazarlarında qiymətlərin azalmasına rəğmən, Almaniyadatəbii qazın satış qiymətləri bahalıdır.

Ötən ilin qızında baha qiymətə alınmış təbii qazı Almaniyada,şəmçinin Avropa İttifaqında satın almaq istəyənlərin sayı azolduğundan, həmin "mavi yanacaq" Berlin üçün ballasta çevrilib.

Ötənilki qaz hələ də satılmadığından Berlin yeraltı qazanbarlarına yeni təbii qaz həcmlərini alaraq vura bilmir.

Almaniya iqtisadiyyatının bahalı təbii qazdan asılılığına sonqoymaq üçün daş kömürlə işləyən istilik-elektrik stansiyalarının(İES) fəaliyyətinin gücləndirilməsi də problemdən çıxış yoluolmadı.

Xatırladaq ki, 2022-ci ilin payızında, təbii qaz qiymətlərininçox bahalı olması səbəbindən ölkədə dərin energi böhranıyarandığından rəsmi Berlin daş kömürlə və ya qonur kömürlə işləyənbir sıra İES-lərin istismar müddətini artırmış, hətta bəziİES-lərin fəaliyyətini bərpa etmişdi.

Rəsmi statistikaya görə, Almaniyada istehsale dilən 245 KVtelektroenerjinin 159 KVt-ı bərpa olunan enerji mənbələrinin (BEM)payına düşür. Ötən il ölkədə istehsal edilmiş elektroenerjininümumi həcminin 50 fiazindən artığı məhz BEM sayəsində gerçəkləşib.Rəsmi Berlin 2030-cu ilədək bu payı 80 faizə çatdırmağı, külək vəgünəş energetikasından istifadəni sürətlə artırmağı düşünür.

Ölkədə daş kömür və qonur kömürlə işləyəni İES-lərin sayınınmütləq şəkildə azaldılacağı, sonra isə ümumiyyətlə, beləstansiyaların qapadılacağı bərədə proqramın olduğunu nəzərə alsaq,Almaniyanın təbii qaza olan tələbatı ciddi şəkildə yüksələcək.

Dünya bazarlarında təbii qazın topdansatış qiymətlərininstabilləşməsi və Almaniyada qonur kömürlə işləyən istilik-elektrikstansiyalarının 7 enerji blokunun qapadılması təğii qaza tələbatıdaha da artıracaq.

Hazırda Almaniyanın təbii qaza olan tələbatının 40 faizdənartığı Norveçdən idxal hesabına ödənilir. Mayeləşdirilmiş qaza(LPG) gəldikdə, almanların idxalında ABŞ liderdir: ilk beşlikdəsonrakı yerlərdə Trinidad və Tobaqo, Anqola, Misir və Nigeriyavar.

Məhz bu səbəbdən Berlin təbii qaz təminatı problemini alışməkanlarının sayını artırmaqla həll etməyə çalışır və Olaf Holtsadministrasiyasının da fikrincə, Bakı ilə yeni anlaşmalar probleminhəllində Berlinə ciddi kömək ola bilər.

ABŞ və Çindən sonra dünyanın üçüncü iqtisadiyyatına malik olsada, Almaniyada elektroenerji və təbii qaz təminatı ilə bağlıçətinliklər sonadək həll olunmayıb.

Berlin Ukraynadakı hərbi əməliyyatlaradək problemi Rusiyadantəbii qaz idxalı vasitəsilə çözmək niyyətində idi. Amma hərbiəməliyyatlar, Rusiyaya qarşı Qərbin total sanksiyaları və sonucdaAlmaniyanın Rusiyadan təbii qaz idxalını tarixi minimuma endirərəkaz qala dayandırması əvvəlki planları alt-üst edib.

Kansler Olaf Şolts da məhz bu səbəbdən Bakıya üz tutub.

Söz yox, Azərbaycan təbii qazını müqavilələr üzrə İtaliyaya,Macarıstana, Almaniyaya satıb. Amma qeyd etdiyimiz kimi, ölkəmizAlmaniya üçün Rusiya, Türkmənistan və Qazaxıstanın təbii qazınınnəql ediləcəyi marşrutların keçəcəyi dövlət, tranzit məkan kimi çoxönəmlidir.

Azərbaycandan Avropa İttifaqına təbii qazın nəql olunduğumarşrutların buraxma gücünün iki dəfə artırılması isə heç çətinprosedur deyil.

Daha bir marşrut Zəngəzur dəhlizindən keçməlidir. MarşrutunErmənistan ərazisindəki hissəsinə Rusiya nəzarət etməyə can atır,Fransa və İran isə buna qətiyyətlə etiraz edirlər.

Göründüyü kimi, Cənubi Qafqazda təbii qaz nəqli ilə bağlı yenigeosiyasi mənzərə yaranır.

Rəsmi Bakı Almaniyanın və ümumiyyətlə, Avropa İttifaqınınproblemlərinin həllində yardıma hazırdır.

Bəs Avropa necə, Bakının jestini anlayırmı?

Seçilən
29
4
Mənbələr
Şərh ()
Bağla