AZ

Bu şirkətlər DOST agentliyi ilə 9,5 milyon dəyərində - MÜQAVİLƏ İMZALADI

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi  “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən Sabirabad DOST Mərkəzinin binasının inşası üzrə söküntü, tikinti və müxtəlif təchizat işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.

DOST Agentliyi tender keçirir - ŞƏRTLƏR

FED.az xəbər verir ki, tenderin qalibi “Kriptonit İnşaat” QSC və "Mac Construction" QSC birgə konsorsiumu olub.

Qalib şirkətlə 9 594 996 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, “Kriptonit İnşaat” QSC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Xəzər Məmmədov Gülağa oğludur. Hüquqi ünvanı AZ1053, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi Ştq, M.Ələkbərov (Binəqədi Qəs.), Ev 21 ünvanında yerləşir.

Qeyd edək ki, “Mac Construction” QSC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rəşad Sultanov Mübariz oğludur. Hüquqi ünvanı AZ1040, Bakı Şəhəri Sabunçu rayonu, Bakıxanov Ştq, Bəşir Bünyadov (Bakıxanov Qəs.), ev 173  ünvanında yerləşir.

 

Seçilən
8
Mənbələr
Şərh ()
Bağla