AZ

Rezidenturaya qəbul imtahanı verəcək namizədlərin nəzərinə

Rezidenturaya

Bakı, 29 aprel, AZƏRTAC

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) birinci cəhdi mayın 5-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, namizədlər linkə daxil olub imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Seçilən
3
4
Mənbələr
Şərh ()
Bağla