AZ

Qazaxda mina partladı -

Bu gün Qazax rayonu ərazisində mina partlayışı baş verib, xəsarət alan var.

Metbuat.az xəbər verir ki, bu barədə Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, mina partlayışı nəticəsində xəsarət alan şəxs artıq əməliyyat edilib, onun bir neçə ayaq barmağı amputasiya olunub. Onun durumunun stabil olduğu vurğulanıb.

Minaya düşən şəxsin Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı olduğu ehtimal edilir.

Seçilən
27
12
Mənbələr
Şərh ()
Bağla

Reytinq